Azərbaycanda 3 nəfər özünü binadan atdı

Azərbaycanda 3 nəfər özünü binadan atdı 

Azərbaycanda bir neçə intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisələrdən biri Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində qeydə alınıb. Orada yaşayan 50 yaşlı Elçin Yəhya oğlu Səfərov özünü binanın pəncərəsindən atıb.

Digər hadisə Xırdalan şəhərində baş verib. 29 yaşlı Ceyhun Yaqub oğlu Rüstəmov yaşadığı binanın eyvanından özünü ataraq, həyatına son qoyub.

Həmçinin intiharlardan biri paytaxtın Xəzər rayonunda qeydə alınıb. Burada yerləşən Xəzər Tibb Mərkəzində müalicə alan 27 yaşlı Könül İslam qızı Gülverdiyeva özünü tibb mərkəzinin 5-ci mərtəbəsindən atıb.

Nəticədə hər biri aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Hər bir faktla bağlı yerli prokurorluq orqanlarında araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər