Azərbaycanda bu türk generalları xidmət edəcək - Hərbi attaşe də dəyişib

Azərbaycanda bu türk generalları xidmət edəcək - Hərbi attaşe də dəyişib + FOTOLAR

Bahtiyar Ersay

Avqustun 25-də Türkiyə Yüksək Hərbi Şuranın toplantısı keçirilib. Toplantıda Bakıda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək generalların adları açıqlanıb. Qərarla Azərbaycanda Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bahtiyar ErsayAzərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.

General Abdullah Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb.

General Ender Güner isə Azərbaycan Xidmət Qrupu Komandanlığının qərargah rəisi təyin edilib.

Bununla yanaşı Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zekeriyyə Yalçın təyin olunub. (teleqraf.com)

Abdullah Katırcı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi