Azərbaycanda əmanətlərin sığortalanması faizi artırılıb-

Azərbaycanda əmanətlərin sığortalanması faizi artırılıb- Fond açıqlama yaydı

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib.

Bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə əvvəlki qaydada 2,5% təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqlarını banklar ödəyir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi