Azərbaycanda icra hakimiyyətinin binasına - Basqın

Azərbaycanda icra hakimiyyətinin binasına - Basqın 

Ağstafada oğurluğa cəhd göstərmiş şəxs tutulub.

Lent.az xəbər verir ki, ötən gecə saat 4 radələrində Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin inzibatı binasına soxulmaq istəyən şəxslə bağlı məlumat əldə edib. RİH binasının arxa qapısnı sındıraraq oraya daxil olmaq istəyən şəxs hadisə yerindən qaçmaq istəyərkən tutulub və Ağstafa rayon Polis Şöbəsinə təhvil verilib.

Polis Şöbəsində aparılmiş araşdırmalarla oğurluğa cəhd göstərərkən saxlanılan şəxsin Ağstafa rayonu, Sadıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Abdulrəhmanov Rasim Vilayət oğlu olduğu məlum olub.

Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.

***

Faktinfo.az xatırladır ki, Ağstafa Rayon İcra Hakimiyyətində oğurluğa cəhd birinci hal  deyil.Belə ki,bir müddət əvvəl İcra Hakimiyyətinin binasında  seyfdən pul oğurlanmasına dair xəbər vermişdik.Onda həmin hadisə təkzib olunsa da,bir müddət sonra məlumat öz təsdiqini tapmışdı.

Həmin xəbəri aşağıdakı linkdən oxuya bilərsiniz.

faktinfo.az/news/agstafa-rayon-icra-hakimiyyetinde-ogurluq-olub

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi