Azərbaycanda pomidorun qiyməti 2.5 manata qədər yüksəldi

Azərbaycanda pomidorun qiyməti 2.5 manata qədər yüksəldi 

Azərbaycanda pomidorun qiyməti sürətlə bahalaşmaqda davam edir.

Yeni Sabah.az xəbər verir ki, həftənin əvvəlində 1.20 - 1.60 manat arasında satılan pomidor hazırda 2 – 2.5 manata satılır. Bu qiymət ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə bahadır.

Əslində, 2 manata təklif olunan pomidorlar olduqca keyfiyyətsizdir.Ya bir neçə gündən qalmış, ya da əzilmiş məhsullardır.

Normal pomidorun qiyməti 2.5 manatdan başlayır.

Mütəxəssislər və rəsmi dövlət qurumlarının nümayəndələri bunu havaların soyuq keçməsi ilə əlaqələndirirlər. 

Faktinfo.az   bildirir ki,ötən ilin müvafiq dövrü ilə müqayisədə pamidor,xiyar,kartof,soğan,kök,çuğundur,kələm və digər kənd təsərrüfatı məhsullarının qiyməti 2,5 -3 dəfə bahadı.Məsələn  ötən il 4 kiloqramı 1 manata satılan soğanın qiyməti hazırda 80 qəpiyə təklif olunur.Satıcılar  qiymətlərin  baha olmasını  kənd təsərrüfatı məhsullarının az olması ilə əlaqələndirirlər.

Kənd Təsərrüfatı Nazirliyinin qeyri-ixtisas sahibi olan mütəxəsisləri isə hələki qiymətlərin nədən bu qədər baha olmasına dair normal əsaslandırma ortaya qoya bilmirlər.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi