Azərbaycanda taksi istifadəçilərinin sayı iki dəfəyədək artıb

Azərbaycanda taksi istifadəçilərinin sayı iki dəfəyədək artıb 

Bu ilin birinci yarısında Azərbaycanda avtobuslarla 495 196,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 17,5% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında avtobus nəqliyyatı ilə 600 199,6 min sərnişin daşınıb.

Məlumata görə, hesabat dövründə minik taksilərindən 47 290,4 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 98% çoxdur. Belə ki, 2020-ci ilin yanvar-iyununda taksi xidmətlərindən 23 886,9 min nəfər istifadə edib.

Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi