Azərbaycandan kapital çıxardılması sxemlərindən biri, ŞİRKƏT AÇILIR...

Azərbaycandan kapital çıxardılması sxemlərindən biri, ŞİRKƏT AÇILIR... 

On ildən çoxdur ki,Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə müəyyən işlər görülür.

    Buna rəğmən Azərbaycanın maliyyə sektoruna təhdid olan, son dərəcə xoşagəlməz və hətta ziyanlı bir tendensiya qalmaqdadır.Bu,ölkədən çıxarılan və  kapital axını adlandırılan milyardlarla manatdır.Faktinfo.az bildirir ki,bu barədə neçə illərdir ki,mətbuat yazır,müəyyən kəsm ekspertlər danışır,amma mövzu hələ də ölkəmiz üçün aktuallığını saxlayır. 


Bəzi ekspertlər bu qənaətdədirlər ki, kapital axınının əsas səbəblərindən biri kadr islahatlarıdır.Bu onunla izah olunur ki,son illərdə Azərbaycanda vəzifədən kənarlaşdırılan nazirlər,iri çinli məmurların əksəriyyətinin kifayət qədər kapitalı var. Onlar bu vəsaitləri vəzifədən uzaqlaşdırılandan sonra xaricdə yerləşdirirlər.Bu istiqamətlərdən biri  hansısa müəssisəni alırlar, ya da daşınmaz əmlak əldə edirlər.Belə əməliyyatlar nəticəsində il ərzində Azərbaycandan xarici ölkələrə kapital axınının həcmi 4,5 – 5 mlrd ABŞ dollarına bərabər tutulur.İnternet üzərindən axtarış verdikdə bu istiqamətdə təkzib edilməyən onlarla mövzuya  rast gəlmək mümkündür.


Əlbəttə ki, ilk növbədə Maliyyə Monitorinqi Xidməti bu işlə çox ciddi məşğul olmalıdır ki, ölkədən əsassız  kapital axınının qarşısının alınması üçün tədbirlər görsün.Çünki,ölkəmizdə həyata keçirilən  iqtisadi tutumlu layihələr Azərbaycanın özünün kifayət qədər kapitala ehtiyacı olduğunu,bu təqdirdə isə ölkədən sərmayə axınının baş verməsinin tamamilə yolverilməz olduğunu diqtə edir.


Faktinfo.az işgüzar mühitdən əldə etdiyi xəbərə əsasən bildirir ki,Azərbaycandan kənar dövlətlərə kapital çıxardılmasının sxemlərindən biri də ölkəmizdə sahib olduqları müəssisənin profilinə uyğun xaricdə şirkət açılmasıdır.Belə ki, ölkədən milyon və milyardları çıxartmaq üçün istənilən iş adamı,şirkət rəhbəri və ya vəzifəli şəxs xaricdə oğlunun,qızının,qohum-əqrəbasının adına şirkət açır.


Bundan sonra sxem üzrə xaricdəki özünə aid şirkət,həmin ölkədə  fəaliyyətdə olan aparıçı digər bir şirkətdən dəyəri milyon dollarlarla ölçülən mal alır.Əməliyyatın ikinci mərhələsi Azərbaycanla əlaqələndirilir.Belə ki,adam Azərbaycandakı şirkəti və ya MMC-sinin xətti ilə xarici ölkədəki açdığı şirkətdən alınmış mal və ya avadanlığı həddən ziyadə şişirdilmiş qiymətlərlə idxal edir.Bununla da ölkədən vəsait çıxarda bilir.


Alınan  məhsulun,malın,avadanlığın dəyərinin qorunub saxlanmasına gəlincə isə, bu da müəyyən önəm daşıyır.Təbii ki,bu kimi əməliyyatları geniş əlaqələrə malik şəxslər həyata keçirdiyindən,alınan məhsulu müqavilə əsasında ölkəmizdə fəaliyyətdə olan müəissələrə sata da bilirlər.

 

FAKTİNFO.AZ





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi