AZƏRBAYCANIN BANK SEKTORUNDA YENİ PROBLEM -

AZƏRBAYCANIN BANK SEKTORUNDA YENİ PROBLEM - “Əksər bankların müxbir hesabları Rusiya banklarında olduğundan...”

"Rusiyanın bank-maliyyə sektoruna tətbiq olunan sanksiyaların, xüsusilə ölkənin 10-dək ən iri bankının SWIFT-dən uzaqlaşdırılmasının Azərbaycanın bank sektoruna təsirləri barədə analiz aparmaq çox çətindir".

"AzPolitika.info" xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.

"Əsas səbəb odur ki, məlumat qıtlığı var. Ölkədə informasiya qapalılığı biznesin də canına hopub" - deyə, ekspert əlavə edib.

R. Ağayev qeyd edir ki, milli bank sektorumuzun Rusiyanın üzləşdiyi sanksiyalardan təsirlənməməsi imkansızdır: "Ən azından çox sadə səbəbdən ki, 3-5 bankı çıxmaq şərtilə yerdə qalan bütün bankların müxbir hesabları Rusiya banklarında idi.

Səbəbinə gəldikdə, hələ 3-4 il əvvəl bank sektorunda işləyən 2 ayrı dostdan eşitmişdim ki, FATF tələblərinə uyğun gəlmədiyinə görə Azərbaycan banklarının əksər hissəsi Avropa və ABŞ banklarındakı müxbir hesabları aça bilmirdilər, hətta mövcud hesablar da bağlanırdı. Bizim bankların Rusiya banklarında müxbir hesabının olması o deməkdir ki, azərbaycanlı fiziki və hüquqi şəxslərin dünya ilə hesablaşmaları, VİSA və Mastercard kimi ödəmə kartlarından istifadə məhz Rusiyadakı müxbir hesablar sayəsində mümkündür. Yəni rus bankları vasitəçi bank kimi bizə ordakı müxbir hesablar üzərindən klirinq xidmətləri göstərir.

Bildiyim qədər Azərbaycan bank sektorunda üstün paya malik banklardan yalnız Beynəlxaql Bankın bilavasitə Avropa və ABŞ banklarında müxbir hesabları var. Belə hesabları olan 3-4 bankın adı isə ölkənin bank sektorunda ən böyük paya malik olan ilk 5 bank arasında yoxdur".

R.Ağayev hesab edir ki, Rusiyaya qarşı sanksiyalar uzun sürərsə, Azərbaycanda banklararası müştəri axını başlayacaq. Onun sözlərinə görə, biznes və sadə vətəndaşlar dollar və ya avro hesablarından, həmçinin beynəlxalq ödəniş kartlarndan istifadə üçün ABŞ və Avropada müxbir hesabları olan bankları seçməyə çalışacaqlar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər