Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 30 % azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 30 % azalıb 

2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Report.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 2,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 11,1 % azalıb, idxal isə 18,9 % artıb.

Son nəticədə xarici ticarətdə 16 milyard 613 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 29,6 % azdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi