Azərbaycanlı aktrisa vəfat edib

Azərbaycanlı aktrisa vəfat edib 

Aktrisa Məqsudə Həsənağa qızı Əliyeva 8 dekabr 2022-ci ildə yaşadığı evdə uzun sürən xərçəng xəstəliyindən 57 yaşında dünyasını dəyişib.


Faktinfo.az  xəbər verir ki,Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.

O teatrın səhnəsində bir çox tamaşalarda Elçinin “Mahmud və Məryəm” - qulluqçu qızı, H. Mirələmovun “Vicdanın hökmü” - rus qızı, Ə. Orucoğlunub “Pul dəlisi” – solist,  S. S. Axundovun “Qaraca qız” - Nərgiz, Ə. Əmirlinin “Onun iki qabırğası” – Qumaş kimi yadda qalan obrazları yaradaraq böyük tamaşaçı sevgisi qazanıb. Məqsudə Əliyevanı tamaşaçılara sevdirən ən yaxşı rolu ATV (Azad Azərbaycan)  televiziyasında yayımlanan 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı Zərnişan obrazı olur.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər