“Azərbaycanlı qadınlar Ermənistanda dözülməz şəraitdə saxlanılır” – Komitə sədri

“Azərbaycanlı qadınlar Ermənistanda dözülməz şəraitdə saxlanılır” – Komitə sədri 

“Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalıb”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadınlara və Qızlara qarşı zorakılığa son” 16 günlük fəallıq Kampaniyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, rəsmi qeydə alınan 288 itkin, 98 əsir və girov azərbaycanlı qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur:“Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Cəmiyyətimiz əxlaqi-mənəvi dəyərlərə söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüquqlarını bilməsi, onların fəallığının artırılması hökumətin əsas prioritetlərindəndir”.Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi