“Azercell ” satıldı –Şirkətin yeni sahibi bəlli oldu

“Azercell ” satıldı –Şirkətin yeni sahibi bəlli oldu 

Azərbaycanın ən böyük mobil operatorlarından biri olan “Azercell Telekom” MMC satılıb.

Faktinfo.az xəbər verir ki, şirkətin ən böyük səhmdarlarından biri olan "TeliaSonera"-nın holdinqdəki səhmləri Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən əldə edilib.

Məlumata əsasən, şirkətin idarə heyətinin sədri və baş icraçı direktorunun  Azərbaycandan təyin olunacağı gözlənilir.

Qeyd edək ki, “Azercell Telekom” MMC  1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. Hazırda bu mobil operatorun 4,5 milyondan çox abunəçisi var.

Azercell-in əsas təsisçisi – İsveç, Finlandiya, İspaniya, Türkiyə, Rusiya, Estoniya, Nepal və digər ölkələr kimi 20-dən çox ölkədə filial-müəsissəsi olan və ümumi sayı 460 milyondan çox əhaliyə xidmət göstərən Telia Company şirkətidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi