“Azəriqaz” SOCAR-dan ayrılıb, qrumun rəhbərliyi dəyişdirilə bilər

“Azəriqaz” SOCAR-dan ayrılıb, qrumun rəhbərliyi dəyişdirilə bilər 

Loqo şirkət haqqında kiçik bir informasiyadır. Şirkət adətən hansı qurumun tərkibindədirsə, o, loqosunda da öz əksini tapır. “Azəriqaz”ın yeni loqosunda SOCAR-ın qeyd edilməməsi yaxın günlərdə qurumun müstəqil olacağı ehtimalını yaradır.

Bu sözləri Axar.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, “Azəriqaz”ın SOCAR-ın tərkibindən çıxması mümkündür:

“İstehsalçı SOCAR ilə paylayıcı “Azəriqaz”ın eyni qurumda ayrı-ayrı fəaliyyət göstərməsi, məncə, daha doğru qərar olardı”.

Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə   bildirib ki, “Azəriqaz”ın loqosunun dəyişməsi heç bir struktur dəyişikliyinə səbəb olmayacaq:

“Loqodakı dəyişikliyin struktur dəyişikliyi ilə əlaqəsi yoxdur, belə bir şey gözlənilmir. Azəriqaz İstehsalat Birliyinin özünəməxsus əlaqə vasitələrinin geniş tətbiq olunması nəticəsində həmin əlaqə vasitələrinin xüsusi loqotip və üslubla rəmzləşdirilməsinə zərurət yaranmışdı. “Azəriqaz”ın kommunikasiyasını fərqləndirəcək loqotipin yaradılması da daxil olmaqla, korporativ üslubun tərtib olunması bu istiqamətdə atılan ilk addımlardandır. Qeyd edək ki, vahid korporativ üslub Azəriqaz İB-nin hazırkı mövcud strukturuna müvafiq tətbiq olunacaq, heç bir struktur dəyişikliyinə səbəb olmayacaq”.

Faktinfo.az isə öz  qaynaqlarına  əsaslanaraq xəbər verir  ki, Azəriqaz” ın SOCAR-dan nəinki ayrılması mümkündür, o cümlədən bu qruma yeni bir rəhbərin təyin olunma ehtimalı çox yüksəkdir.Çünki, son illərdə bu qrumda milyonlarla manat mənimsənilib, digər tərəfdən ölkə rəhbərliyinə minlərlə şikayət olunub.Bu və ya digər hallar səbəbindən “Azəriqaz”la bağlı yaxın müddətdə qərar veriləcəyi istisna olunmur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi