“Azərkontrakt” Səhmdar Cəmiyyətində

“Azərkontrakt” Səhmdar Cəmiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərkontrakt” Səhmdar Cəmiyyətində tədbir keçirilib. Xanımları təbrik edən cəmiyyətin sədr müavini Güləddin Dadaşov kollektivdə çalışan bütün qadınları təbrik edərək, onların hər birinə uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıb və bildirib ki, Azərbaycan qadınları əsrlər boyu xalqımızın taleyində böyük rol oynamışlar.

O,həmçinin bildirib ki,qadınlar bu gün Müstəqil Azərbaycan Respublikasında  demokratik cəmiyyətin aparıcı üzvü kimi çıxış edir. Eləcə də,ölkəmizin inkişafı  yolunda görülən işlərdə qadınlarımızın müstəsna əməyi var. Milli dövlət quruculuğunun ən müxtəlif sahələrində xüsusi xidmətlər göstərən Azərbaycan qadını ictimai proseslərin fəal iştirakçısıdır.Respublikamızın xanımları sülhün və əminamanlığın qorunub saxlanması naminə əzimkarlıq göstərir, vətəndaş həmrəyliyi və dövlətçiliyimizin daha da gücləndirilməsi, milli-mənəvi dəyərlərin daim yaşadılması və mədəniyyətimizin inkişaf etdirilməsi üçün var qüvvələri ilə çalışırlar. 

Sədr müavini xüsusi olaraq onu da qeyd edib  ki, qadınlara verilən müsbət qiymətlə  bağlı Ulu Öndərimiz Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməsi sayəsində qadınların cəmiyyətdə rolu və nüfuzu daim artır. Respublikamızın gender bərabərliyi siyasətinin şaxələndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan qadınları bütün dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkəmizin inkişafına böyük töhfələr verirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi, milli-mənəvi dəyərlərin qorunması,qadın hüquqlarının müdafiəsi naminə təxirəsalınmadan -  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrdə maraqlı və vacib layihələr həyata keçirir. O cümlədən,qadının cəmiyyətdə rolunun  artırılması istiqamətində Mehriban xanım Əliyevanın təşkilatçılığı və dəstəyi ilə ölkədə keçirilən beynəlxalq tədbirlər böyük əhəmiyyət daşıyır.

Sədr müavini Güləddin Dadaşov çıxışının sonunda “Azərkontrakt” Səhmdar Cəmiyyətinin strukturunda çalışan qadınların Cəmiyyətin fəaliyyətində, uğurlarında olan müsbət rolunu vurğulayıb,bir daha kollektivdə çalışan bütün qadınları 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara işlərində böyük nailiyyətlər arzulayaraq hədiyyə və pul mükafatları təqdim edib.

“Azərkontrakt” Səhmdar Cəmiyyətində“Azərkontrakt” Səhmdar Cəmiyyətində“Azərkontrakt” Səhmdar Cəmiyyətində“Azərkontrakt” Səhmdar Cəmiyyətində“Azərkontrakt” Səhmdar Cəmiyyətində
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi