“Azersun” rəhbərindən etiraf :"Əgər xarici rəqib gəlsə, biz nokaut olarıq"

“Azersun” rəhbərindən etiraf :"Əgər xarici rəqib gəlsə, biz nokaut olarıq" 

“İstehsalda yerli rəqibimizin olmaması bizi bir qədər təmbəlləşdirir. Əgər xarici rəqib gəlsə, biz nokaut olarıq”.

Bunu jurnalistlərlə görüşdə “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdolbari Goozal yerli bazarda rəqiblərinin olmamasına aydınlıq gətirərkən deyib.

“Biz rəqabəti təkcə sənayedə deyil, futbolda da görmək istəyirik. Qurban hoca (Qurban Qurbanov – “Qarabağ” klubunun baş məşqçisi- REP.) həmişə mənə şikayət edir ki, əgər bizim yerli 20 rəqibimiz olsaydı, daha güclü olardıq. Amma indi istehsalda yerli rəqibimizin olmaması bizi bir qədər təmbəlləşdirir. Əgər xarici rəqib gəlsə, biz nokaut olarıq”.

“Azersun” rəhbəri ölkədə kərə yağı istehsalının az olması, tələbatın daha çox idxal hesabına ödənilməsi məsələsindən də danışıb: “Kərə yağı ilə bağlı məsələ cənab Prezidentin də diqqətindədir. Azərbaycan Prezidenti mənim də qarşımda tələb qoyub ki, bu məsələni həll edək”.

A.Gözəl deyib ki, Azərbaycanın kərə yağına ehtiyacı 15 min tondur: “İndi ən xeyirli yağ zeytun yağı, daha sonra isə qarğıdalı yağıdır. İnsanlarımız şirin yağı sevir. Amma gənclərimiz getdikcə bundan uzaqlaşır.Hazırda bizim imkanlarımız hesabına maksimum 700-750 ton kərə yağı istehsal etmək mümkündür”.//Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi