Bağçalar Təhsil Nazirliyinə verildi, orada da problemlər başladı

Bağçalar Təhsil Nazirliyinə verildi, orada da problemlər başladı - VİDEO

Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır.

Report.az xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib.

O qeyd edib ki, nəticəyə dair ictimaiyyətə qısa zamanda məlumat veriləcək.

***

Özünü "tərbiyəçi" bilən qadının azyaşlıya qarşı tərbiyəsiz hərəkəti bir daha insanları övladlarını bağçaların ümidinə buraxarkən düşünməyə vadar edir.

 

Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub.

 

Belə ki, 2-3 yaşarası məsum körpənin qidanı ağzında saxlayarkən görüntüsünü çəkməyə cəhd edən zalım tərbiyəçinin düşdüyü vəziyyət əslində əksər bağçalarda mövcud olan durumu göstərir.


Bağçalar Təhsil Nazirliyinə verildi, orada da problemlər başladı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər