Bakı-Ağstafa marşurutu üzrə həftə sonları əlavə reyslər təyin ediləcək

Bakı-Ağstafa marşurutu üzrə həftə sonları əlavə reyslər təyin ediləcək 

Artan sərnişin tələbatı nəzərə alınaraq ilin sonunadək Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonları əlavə reyslər təyin edilib.

Faktinfo.az xəbər verir ki, bu barədə ADY məlumatında bildirilir.

Məlumata görə, əlavə reyslər noyabrın 17-dən etibarən fəaliyyətə başlayacaq.

Belə ki, hər həftənin cümə və şənbə günlərində Bakıdan 23:55-də yola düşən qatar 06:20-də Ağstafaya çatacaq. Şənbə və bazar günlərində 08:30-da Ağstafadan yola düşən qatar isə 14:55-də Bakıya çatacaq.

Qatarın, həmçinin, Ucar stansiyasında da dayanacağı qeyd edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi