Bakı Gömrük İdarəsi ATEF şirkətinin əlvan metal ixracını qanunsuz sənədləşdirib -

Bakı Gömrük İdarəsi ATEF şirkətinin əlvan metal ixracını qanunsuz sənədləşdirib - Yeni modern monopoliya mexanizmləri yaranıb

Prezident İlham Əliyevin korrupsiyaya, inhisarçılığa qarşı elan etdiyi ciddi mübarizədən sonra müvafiq dövlət qurumlarında, o cümlədən, Dövlət Gömrük Komitəsində (DGK ) müsbət dəyişikliklərin baş verdiyi danılmazdır.

 Ancaq məsələ DGK sədri Səfər Mehdiyevin dediyi “Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” kimi sadə deyil. Gömrük sistemindəki rüşvət və korrupsiyanın miqyasını təsəvvür etmək üçün təkcə bir fikrə diqqət edək. Tanınmış iqtisadçı, millət vəkili Vahid Əhmədov son açıqlamasında bildirib ki, gömrük sistemi ötən illər ərzində 27 milyard manatı mənimsəyib. Bu rəqəm dövlət büdcəsinə bərabərdir. Yəni DGK-dakı korrupsiyanın miqyası hamıya bəllidir. Buna görə, ölkə başçısı DGK-nın rəhbərliyində ciddi dəyişikliklər etdi. Ancaq yeni rəhbərliyin eyforiyaya qapılıb DGK-da rüşvətin, korrupsiyanın, monopoliyanın kökünün kəsildiyi barədə dedikləri qeyri-ciddi təsir bağışlayır. Əlbəttə müsbət dəyişikliklər var, amma məsələ üzdə olan kimi sadə deyil.

NUH.az-a daxil olan məlumata görə, əvəllki rüşvət-korrupsiya-monopoliya mexanizmləri dəyişib, yəni yeni modern monopoliya mexanizmləri yaradılıb. “Broker”in adı dəyişib “Loqistika mərkəzi” olub. Bu barədə növbəti yazıda geniş bəhs edəcəyik.

İndi isə cənab DGK sədrinin nəzərinə bir məlumatı çatdırmaq istəyirik.

Cənab Səfər Mehdiyev !

NUH.az-a daxil olan digər məlumata görə, dünən Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda ölkədən ixrac edilən əlvan metal yüklü 3 maşın saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Bakı Gömrük İdarəsi həmin yükü rüsumsuz (kodu bilərəkdən dəyişərək) sənədləşdirib və dövlət büdcəsinə xeyli ziyan vurub.

Araşdırma zamanı o da məlum olub ki, həmin 3 maşın əlvan metal ATEF şirkətlər qrupuna məxsusdur.

Saytın yazdığı məlumata görə, ATEF-in direktoru Talıb Əlixanbəyovun DGK rəhbərliyi ilə dost münasibətləri var.

Məsələyə aydınlıq gətirmək üçün DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Şahin Rzalı ilə əlaqə saxladıq. O, “Məsələni araşdırıb sizə məlumat verəcəyik” desə də günün sonunadək heç bir cavab almadıq.

Məlumat üçün qeyd edək ki, ATEF şirkəti Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılmışdır. Şirkət 1998-ci ildə özəlləşdirilmişdir. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu var. 2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində şirkətə aid olan metal konstruksiya zavodu açılmışdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi