Bakı metrosunda konsert olacaq

Bakı metrosunda konsert olacaq 

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək.

Bu barədə mətbuata  qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, fevralın 5-də saat 17:00-dan 19:00-dək görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətlə “Qara Qarayev” stansiyasında ilk dəfə musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.

Bakı metrosunda konsert olacaq
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər