Bakı-Sumqayıt qatarında gedişhaqqı artırılır - Siyahı

Bakı-Sumqayıt qatarında gedişhaqqı artırılır - Siyahı 

Yanvarın 28-dən estibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gedişhaqqında müəyyən dəyişikliklər ediləcək.

Bu barədə  Azərbaycan Dəmiryolları QSC-dən bildirilib.

Məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.

Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gedişhaqqı arasında qiymət fərqi tətbiq ediləcək.

Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək.Report.az


İstiqamət
Tarif (manatla) (ƏDV daxil olmaqla)
Ekonom
Biznes
Plastik kartla
çap olunmuş biletlə
Plastik kartla
çap olunmuş biletlə
Bakı-Sumqayıt (Sumqayıt-Bakı)
1,0
1,10
2,00
2,10
Bakı-Biləcəri (Biləcəri-Bakı)
0,40
0,50
1,60
1,70
Bakı-Xırdalan (Xırdalan-Bakı)
0,60
0,70
1,80
1,90
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)
0,40
0,50
1,20
1,30
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)
0,80
0,90
1,80
1,90
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)
0,60
0,70
1,60

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi