Bakıda 22 yaşlı gənci bıçaqlayıb öldürdülər- Əsgərlikdən yeni qayıtmışdı

Bakıda 22 yaşlı gənci bıçaqlayıb öldürdülər- Əsgərlikdən yeni qayıtmışdı 

Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Baku.ws  xəbər verir ki, hadisə Nizami metrostansiyası yaxınlığında, Salatın Əsgərova küçəsi 64 ünvanında qeydə alınıb.

Şahidlər təcili yardıma zəng vurub və əraziyə həkimlər cəlb olunub. Lakin həkimlər gələnə qədər gənc oğlan dünyasını dəyişib. Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş. O, 22 yaşlı Emin Şəmiyevdir.

Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsindən bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi