Bakıda 50 kişini aldadan qadın TUTULDU - Hər birindən 20 manat alıb...

Bakıda 50 kişini aldadan qadın TUTULDU - Hər birindən 20 manat alıb... 

Bakıda kişiləri aldadan qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a məlumat verilib.

 Məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari il fevral ayının 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alınmasını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi əməli etiraf edib.

 Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılmışdır. Belə ki, S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul alması müəyyən edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi