Bakıda avtoşlar belə ələ keçdi - Foto/Video

Bakıda avtoşlar belə ələ keçdi - Foto/Video 

Bakı Şəhər Baş Polis İdarəsi və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu, Memar Əcəmi metrostansiyası yaxınlığında avtoxuliqanlığın qarşısının alınması məqsədi ilə reyd keçirib.

Reyddə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, reyd zamanı avtoxuliqanlığın qarşısı alınıb və qanunu pozan sürücülər saxlanılaraq, polis bölməsinə aparılıb.

Həmçinin, ərazidəki binaların qarşısında səkilərin üstünün zibillənməsi hallarının qarşısı alınıb, binaların altında yerləşən və sakinlərin rahatlığını pozan kafe sahiblərinə xəbərdarlıq edilib.

Bundan əlavə, Bakı Şəhər Baş Polis İdarəsinin dəvəti ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları Memar Əcəmi metrostansiyası ətrafında yolların rənglənməsini həyata keçirib. Hazırda profilaktik tədbirlər davam etdirilir./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi