Bakıda baş həkim qəza törətdi: ölən var

Bakıda baş həkim qəza törətdi: ölən var 

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hunday Sonata" markalı 90 BB 636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.Trend

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi