Bakıda iki nəfər intihar üçün binanın damına çıxdı

Bakıda iki nəfər intihar üçün binanın damına çıxdı 

Bakının Nizami rayonu ərazisində iki nəfər intihar etmək istəyib.

“Yeni Sabah” xəbər verir ki, gecə saatlarında baş verən olayla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Beşmərtəbəli binanın damına çıxan şəxslər intihar etmək istəyini nümayiş etdiriblər. 

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi