Bakıda kriminal avtoriteti öldürənlər müəyyənləşdirilərək tutulub-

Bakıda kriminal avtoriteti öldürənlər müəyyənləşdirilərək tutulub- Təfərrüatlar+FOTO

Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

ONA.az-ın məlumatına görə, müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.

Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa “Mercedes” markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.

Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.

*******


Bakının Binəqədi rayonunda odlu silahla qətl törətməkdə şübhəli bilinən digər şəxsin adı da məlum olub.

ONA-nın məlumatına görə, bu, Cəlalov Taleh İbrahim oğludur.

O, Hüseynov Səxavət Oruc oğlu ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir. Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

******


Bakıda silahlı insident olub.

ONA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.

Belə ki, naməlum şəxslər Azadlıq prospekti ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilə tapançadan atəş açıb. Nəticədə avtomobildə olan bir nəfər hadisə yerində keçinib. İlkin məlumata görə, onun kriminal avtoritet olduğu deyilir.

Bundan bir qədər sonra YPX əməkdaşları hadisədə şübhəli bilinən 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobili saxlayıb. Avtomobildə iki nəfər olub. Onlardan biri Hüseynov Səxavət Oruc oğludur.

Qeyd edək ki, 10-VT-117 qeydiyyat nişanlı “BMW 745” markalı daha bir avtomobil də axtarışa verilib. Bu barədə paytaxt ərazisində bütün polis əməkdaşlarına məlumat verilib.

İnsidentin digər təfərrüatları dəqiqləşdirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi