Bakıda kriminal qruplaşmalar arasında “hesablaşma”

Bakıda kriminal qruplaşmalar arasında “hesablaşma” – İki nəfəri güllələyən şəxs tutulmayıb

Bakı şəhəri, Keşlə qəsəbəsində baş verən silahlı insidentlə bağlı bəzi təfərrüat məlum olub.

Hadisə kriminal qruplaşmalar arasında “hesablaşma” zəminində olub.

“Avro renta car” şirkətinə məxsus avtomobildə əvvəllər məhkum olunmuş 27 yaşlı Tural Babayev və 31 yaşlı Asif Bağırov naməlum şəxs tərəfindən güllələnib. T.Babayev ölüb, A.Bağırov isə yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxsin tutulmadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi