BAKIDA TİKİLƏN BU BİNAYA XƏRCLƏNƏN VƏSAİT AÇIQLANDI - "10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı”

BAKIDA TİKİLƏN BU BİNAYA XƏRCLƏNƏN VƏSAİT AÇIQLANDI - "10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı” 

Mərkəzi Bankın yeni inzibati binasının tikintisinə böyük pulların xərclənməsi tez-tez iqtisadçıların və digər mütəxəssislərin haqlı tənqidi ilə üzləşir.

Azpolitika.info xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı maraqlı paylaşım edib:"Mərkəzi Bankın yeni inzibati binasının tikintisinə bu günə qədər 477 mln. 348 min manat xərclənib, son tamamlama işlərinə daha 153 mln. 883 min manat xərclənəcək.

Beləliklə, MB-nin yeni binası sonda 631 mln. 231 min manata başa gələcək. 631 milyon manat!!!

MB-nin indiki binasında bir neçə dəfə olmuşam, gözəl, müasir binadır, bir tək fasad şüşələrinin rəngini dəyişib şəffaf etsələrdi, bəs edərdi.

Yeni binaya nədən ehtiyac yarandı? Niyə 631 mln. manat xərclənməli idi ki bu binaya?

Bu vəsaitə Qarabağda 10 kənd, və ya 2 böyük qəsəbə tikmək olardı. Nə isə..."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi