Bakıda yenilik:avtomobilin yuyulması cəmi 50 qəpik

Bakıda yenilik:avtomobilin yuyulması cəmi 50 qəpik 

Bakıda avtomobilin yuyulması üçün yeni sistem işə salınıb.

 “Xəzər” TV-nin  xəbərinə görə, burada cəmi 50 qəpik ödəməklə avtomobilinizi yuya bilərsiniz.

Bəli, səhv eşitmədiniz. Burada avtomobilinizi məhz özünüz yuyursunuz. Özü də cəmi 50 qəpik ödəməklə. Ancaq istəsəniz, əlavə 50 qəpik də ödəməklə maşınınıza şampun da vura bilərsiniz.

50 qəpik at, avtomobilini özün yu…

Azərbaycana gətirilən yeni sistem vasitəsilə artıq avtomobili yumaq üçün 5-6 manat deyil, cəmi 50 qəpik və ya 1 manat ödəyirsiniz.

Bir çox ölkələrdə tətbiq edilən müasir avtoyuma sistemini indi Bakı küçələrində də görmək mümkündür. Burada avtomobilinizi başqası yox, özünüz yuyursunuz. Üstəlik, burada nəzarətçi də yoxdur.

Avtomobil tam dərmanlandıqdan sonra növbə su ilə yumağa gəlir.

24 saat xidmət göstərən bu avtoyuma məntəqəsinə nəzarət kameralar vasitəsi ilə həyata keçirilir.

Hazırda Bakıda bu sistemlə işləyən 8 avtoyuma məntəqəsi fəaliyyət göstərir. Gələcəkdə bu sayın artırılması planlaşdırılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi