"Bakımetropoliteni" ASC son 5 il-

"Bakımetropoliteni" ASC son 5 il- Nöqsan, yoxsa xidmət?!

Son vaxtlar müəyyən saytlar özlərinə məxsus “Bakımetropoliteni” ASC-nin sədrini tənqid hədəfinə çeviriblər.

Belə demək mümkünsə, bunu müəyyən “ças pik” saatlarında qatarlararası intervalda gecikmələrlə,həmçinin peşəkar kadrların bu sahədən uzaqlaşdırılması ilə əlaqələndirir,sözügedən qurumun keçmiş rəhbəri Tağı Əhmədova “rəhmət”oxuyurlar.Metroda yaxşılığa doğru heç nəyin dəyişmədiyini iddia edirlər. Hətta bir az da qabağa gedərək metropolitenin sabiq rəisi Tağı Əhmədovdan metrodakı hazırkı vəziyyətlə bağlı münasibət də öyrənmək istəyirlər. T.Əhmədov isə əvvəlki tərzinə uyğun bir az da ironiya ilə “artıq mənlik deyil” – sözləri ilə fikrini yekunlaşdırır.

Belə olduğu təqdirdə bir metro istifadəçisi kimi  yazılanlara münasibət bildirmək məcburiyyətində qalırıq.

Əvvəla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ilin dekabrında Zaur Hüseynovu Bakı Metropoliteninə niyə rəis qoyması barədə məsələyə toxunaq.O dövrə qədər metroda qatarlararası interval o dərəcədə  bərbad vəziyyətdə idi ki, sərnişinlər az qala bir-birinin qucağında gedirdi.Eləcədə, metroda qatarların 7-8 dəqiqəyə stansiyaya gəlməsi azmı olurdu?!

Tağı Əhmədov Bakı Metropolitenində  rəis olduğu illərdə keçidlərdəki ticarət, səs-küy sərnişinlərin əsəblərini tarıma çəkib, hər dəqiqə vətəndaşları yanğın, terror təhlükəsi ilə baş-başa qoymurdumu?! Dövlətin metropolitenə ayırdığı milyonlarla manat dotasiya ilə yanaşı, hər ay ticarətdən gələn yüz minlərlə manat mənimsənilmirdimi?! Hələ bunlar azmış kimi, hər həftə efirdən T. Əhmədov “Metro kəsirlə işləyir, gediş haqqlarını qaldırmaq lazımdır” kimi fikirləri ilə tələbələri, əhalinin aztəminatlı təbəqəsini səksəkə altında saxlayıb, şayiələri qəzetlərin manşetlərinə daşımaqla “məqalələr” yazılmasına səbəb olmurdumu?!

Bəlkə, Tağı Əhmədovun dövründə eskalatorun ortasından qırılması səbəbindən indiki “İçərişəhər” stansiyasının çıxışında bir neçə  insan dünyasını dəyişib,onlarla şəxs yaralanmadı?! Və yaxud, onun rəhbəliyi illərində metroda gediş haqları dörd dəfə qaldırılmayıb?! Başlıcası,metroda təmir-tikinti adı altında milyonlarla dövlət vəsaiti mənimsənilir, metro toz-dumana qərq olur, orada antisanitariya hökm sürürdü. Ticarət köşkləri ticarətçilərə 15-20 min manata satılır, onlardan yüksək məbləğdə aylıq haqq yığılırdı.

Bircə metroda qalmışdı metal boruların satılması,Tağı Əhmədov bir ildə artıq işləsəydi,yəqin ki, onun da şahidi olacaqdıq. Hələ T.Əhmədovun  jurnalistləri təhqir etməsini, ondan da betər özünü ədəbi mühitin adamı kimi xalqa “sırıması”nı demirik. Bəlkə, bunlar olmayıb,bəlkə, yalandır, qərəzdir?! Nədən o 3 milyon manat pulu keçmiş MTN Energetika və Nəqliyyat sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarova vermişdi və sonra da pulunu geri istəyirdi?! faktinfo.az/news/tagi-ehmedovun-yalanlari-uze-cixir-tekce-her-il-5-milyon-manat-reklamdan-gelir-gotururmus

Bu məlum əmsallar nə tez yaddan çıxdı ki, bizlər hazırkı “Bakı Metropoliteni” ASC-ni 5 il bundan əvvəlki metropolitenlə müqayisə etməkdə çətinlik çəkirik?

Elə isə son 5 ilin metropoliteninə nəzər yetirək:

Metroda giriş-çıxışa mane olan, yanğın təhlükəsi yaradaraq hər an xoşagəlməz hadisələrə açar olan ticarət yığışdırılıb. Bütün keçidlər səliqə ilə təmir olunub, keçidlərdə divarlara Azərbaycanın ədəbi, mədəni və digər sahələrdə yer alan görkəmli mütəfəkkürlərinin, şəxsiyyətlərinin stendi asıldı.Bunlar  maarifləndirici,məlumatlandırıcı,tarixinə yüksək yanaşmaya dair görülən işlər deyilmi?! Bütün metropolitenin stansiyalarında lazımsız təmir işləri dayandırıldı. Onlarla xarici vaqon alındı, qatarların stansiyaya gəlməsi intervalı 7-8 dəqiqədən 1-3 dəqiqə arasında dəyişdi. Ardınca metronun bütün stansiyalarında onlarla oturacaqlar quraşdırıldı. Metronun bütün çıxışlarında səliqə-sahman yaradıldı, metro ən müasir texnologiyalarla təchiz olundu və digər onlarla müsbətə doğru, sərnişinlərin rahatlığını təmin edən işlər görüldü. Özü də bütün görülən bu işlər metroda ticarət obyektləri yığışdırılandan,   verilən dotasiyanın həcmi azaldılandan sonra və neft gəlirlərinin aşağı düşdüyü zamana təsadüf etdi.

 Son bir aya  qədər Bakı Metropoliteni bir dəfə də  olsun gediş haqlarını qaldırmadı,metropolitenin rəhbərliyi bunu dilinə gətirmədi.Eləcə də, Zaur Hüseynov efirlərə çıxıb, qiymət artımının labüd olduğunu dilə gətirmədi, bu işdə özünü heç kim bildi, sələfi Tağı Əhmədov kimi bütün qüvvəsini metroda gediş haqlarının qaldırılmasına həsr etmədi. 

Belə paralelləri çox aparmaq olar, ancaq buna ehtiyac duymuruq. Sadəcə, bildirmək istəyirik ki, Azərbaycan Metropoliteni son 5 ildə “çadra”dan çıxıb, yüksək səviyyədə dünya nəqliyyat sisteminə inteqrasiya edə bilib. Elə hazırkı metropolitenin də 5 il bundan qabaqla fərqi və üstünlükləri budur.

Fuad İsgəndərov

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi