Banklar 1.585 milyard manatı geri ala bilmirlər –Mərkəzi Bank

Banklar 1.585 milyard manatı geri ala bilmirlər –Mərkəzi Bank 

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 mlrd. 585 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir ki, bu, ötən il yanvarın 1-nə nisbətən azdır. Həmin vaxt problemli kreditlərin həcmi 1 mlrd. 626.7 mln. manat açıqlanmışdı. Ötən ilin birinci yarısında vaxtı keçmiş kreditlərin həcimi artmışdı. İlin sonlarına yaxın isə azalma baş vermişdi. Ötən il dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12.2 təşkil edib.

Xatırladaq ki, 2015-ci ildə (fevralda və dekabrda) baş verən devalvasiyalar nəticəsində Azərbaycan manatı dollar qarşısında iki dəfə dəyər itirdi. Nəticədə bir çox insanların kreditlərini ödəməkdə çətinliklər çəkdiyi açıqlandı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi