Bayden görüşdən imtina etdi, dəvət ləğv edildi... - Gürcüstanın Baş naziri ABŞ-də “sürprizlə” üzləşdi

Bayden görüşdən imtina etdi, dəvət ləğv edildi... - Gürcüstanın Baş naziri ABŞ-də “sürprizlə” üzləşdi 

ABŞ Prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək.

Azpolitika.info Qərb mediasına istinadla xəbər verir ki, Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən Baş naziri İrakli Kobaxidze Baydenin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Ağ Ev administrasiyası onun dəvətini ləğv edib.

Yüksək səviyyəli administrasiya rəsmisi və Konqresdəki başqa bir mənbə yerli mətbuata dəvətin ləğv edildiyini təsdiqləyib.

Administrasiya həmçinin Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan isə Baş nazir Kobaxidze ilə görüşdən imtina edib. Baş nazirin ofisi mətbuatın sorğusuna cavab olaraq dəvətin ləğvini təsdiqləyib, eyni zamanda Sallivanla görüşün planlaşdırılmadığını vurğulayıb.

Media yazır ki, dəvətin ləğv edilməsinin səbəbi Gürcüstan hökumətinin anti-demokratik addımları, o cümlədən “xarici agentlər haqqında” qanunun qəbul edilməsidir.

Məlumata görə, Gürcüstan hökuməti ilə son təmaslar Amerika administrasiyasında Tbilisinin öz siyasətini dəyişəcəyinə ümid yaratmayıb. Əksinə, hökumətin atdığı addımlar sübut edir ki, Gürcüstanın Avroatlantik məkana inteqrasiya siyasətinə məhəl qoymamaq əzmindədir.

Mayın 14-də Gürcüstan parlamenti Xarici təsirin şəffaflığı haqqında qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun hüquq müdafiəçiləri, QHT-lər, müstəqil media və ölkənin Qərb tərəfdaşları olan ABŞ və Avropa İttifaqı tərəfindən kəskin tənqid edilib.

Gürcüstan Prezidenti Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub, lakin qanunvericilər mayın 28-də səsvermə ilə vetonu ləğv edib və qanun layihəsi qüvvəyə minib.

Brüssel Gürcüstanın Aİ-yə daxil olması prosesinin dondurulması, eləcə də Gürcüstanın Müdafiə Nazirliyi üçün nəzərdə tutulan 30 milyon avronun ayrılmasının dayandırılması barədə qərar qəbul etdiyini açıqlayıb.

Bundan əvvəl isə ABŞ gürcü-amerikan illik hərbi təlimlərini ləğv edərək, qərarın ABŞ və digər Qərb strukturlarına qarşı saxta ittihamlarla bağlı olduğunu bəyan etmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər