"Baykar"dan hard disk oğurladı -

"Baykar"dan hard disk oğurladı - HƏBS OLUNDU

Türkiyənin "Baykar" şirkətindən 4 hard disk oğurladığı müəyyən edilən Ahmet Anıl həbs olunub.


Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 2 ay əvvəl "Baykar"ın PUA fabrikinin informasiya texnologiyaları şöbəsində təcrübəçi kimi işə başlayan Ahmet Anılın üzərindən şirkətə məxsus 4 hard disk aşkar edilib.

Hadisə yerinə gələn polis şübhəli şəxsi nəzarətə götürüb.

Məlumata görə, Ahmet Anıl 2017-ci ildə kafelərin birindən noutbuk oğurlayıb. O, sözügedən diskləri satmaq üçün oğurladığını etiraf edib.

A.Anıl məhkəmənin qərarı ilə həbs edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi