BƏƏ-nin neft naziri:“ABŞ və İran arasındakı münaqişə Hörmüz boğazını təhlükə altında qoymur”

BƏƏ-nin neft naziri:“ABŞ və İran arasındakı münaqişə Hörmüz boğazını təhlükə altında qoymur” 

“ABŞ və İran arasında artan münaqişə Hörmüz boğazını – Fars körfəzindən gələn neft tədarükünün dar boğazını təhlükə altında qoymur. Ancaq hər halda, OPEC ölkələri və onun müttəfiqləri, lazım gələrsə, bazar üçün lazımi neft tədarükünü təmin edə biləcəklər”.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft naziri Süheyl əl-Məzrui Abu-Dabidə jurnalistlərə bildirib.

“Fəlakətli eskalasiya baş verməyincə, biz neft tədarükünün çatışmazlığını proqnozlaşdırmırıq”,- deyə o, bildirib.

Öz növbəsində, OPEC-in baş katibi Məhəmməd Barkindo da həmçinin liderlərin nəzarətdən çıxmadan vəziyyətin normallaşdırılması üçün mümkün olan hər şeyi etdiyinə əmin olduğunu bildirib.

Hələlik Yaxın Şərqdən neft tədarükü maneəsiz həyata keçirilir, boğazın bağlanması riski bazarlar üçün təsirsiz ötüşmür. Yaxın Şərqdən, o cümlədən Səudiyyə Ərəbistanı, İran və İraqdan gələn əksər tədarüklər Hörmüz boğazından keçir. Bu da dar bir sahədir ki, İran bir neçə dəfə müharibə vəziyyəti yarandığı halda buranı bağlayacağı təhdidi ilə çıxış edib.

Əl-Mazrui bildirib ki, siyasi faktor neftin qiymətini geri qaytarıb/Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi