Bəxtiyar Hacıyevlə fotoları yayılan aktrisa ŞİKAYITÇİDİR - "Bu mənəvi terroru hələ də davam edirlər"

Bəxtiyar Hacıyevlə fotoları yayılan aktrisa ŞİKAYITÇİDİR - "Bu mənəvi terroru hələ də davam edirlər" 

Model, teleaparıcı və aktrisa Tunay Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb.

Gununsesi.info bildirir ki, Tunay Əliyeva həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin şəxsi yazışmalarının və ona aid məlumatların da ictimailəşdirilməsindən narazılığını ifadə edib:

“İctimai fəal Bəxtiyar Hacıyev öz hüquqlarının müdafiəsi naminə artıq 50 gündən artıqdır ki, aclıq aksiyası keçirirdi. Bu, onun öz seçimidir. Lakin onu ifşa etdiyini düşünən (deyilənə görə, Azərbaycanın bəzi səlahiyyətli şəxsləri də bura daxildir) müəyyən bir qrup neçə gündür ki, mənim də adımın, illər öncə ictimai yerdə çəkilmiş video və fotomun yer aldığı materialları yayırlar. “Telegram” şəbəkəsində kanallar yaradaraq onlarla Azərbaycan qız-qadınını təhqir edir, aidiyyatı olub-olmadığı bəlli olmadan onların bilgilərini paylaşırlar. Bu mənəvi terroru hələ də davam edirlər”.

“Bu “ifşa” prosesini həyata keçirənlər Azərbaycan kimi mühafizəkar cəmiyyətdə bu qadınların sonrakı həyatını, hazırki ailə durumunu, psixoloji vəziyyətini, ictimaiyyətin onlara olacaq münasibətini düşünmürlər. Bu, kibercinayətdir, insanların şəxsi həyatına müdaxilədir. Bundan başqa, ölkə vətəndaşlarının həyatını siyasi məqsəd naminə böyük bir təhlükəyə atmaqdır”, – deyə o bildirib.

O, müraciətində Mehriban Əliyevadan aidiyyəti qurumlara şəxsi məlumatların ötürülüməsinin qarşısının alınması üçün göstəriş verməsini xahiş edib:

“Bizə qarşı bu terroru edənlər üçün heç bir mənəvi dəyər, qırmızı cizgi yoxdur. Sizi bütün bu baş verən iyrəncliklərə “dur” deməyə səsləyirəm. Siz də anasınız və belə məqamlarda bir qadının, qızın başına nə gələciyini bilməmiş deyilsiniz. Lütfən, bu biabırçılığın sonlandırılması üçün göstəriş verəsiniz”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi