Beyləqanda məktəbli qızı zorlayan 5 nəfər niyə azadlıqdadır? - “Biri qızı zorlayıb, biri isə...”

Beyləqanda məktəbli qızı zorlayan 5 nəfər niyə azadlıqdadır? - “Biri qızı zorlayıb, biri isə...”

Məktəblinin zorlanmasında iştirak edən 5 nəfərdən üçü istintaqdan kənarda qalıb.

Bunu AzNews.az-a açıqlamasında Beyləqanda 5 nəfər tərəfindən zorlanan məktəbli qızın olayında həbs olunan Tural Kərimovun nümayəndəsi Asif Quliyev deyib. O, bildirib ki, istintaq işi müstəntiq Telman Kərimovdan alınıb Azər Əliyevə verilsə də heç nə dəyişməyib:

“Məktəbli qızın zorlanmasında iştirak edən Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib hələ də həbs olunmayıb. Tural Kərimovla Kamil həbsədir. Hazırda istintaq gedir. Azadlıqda olan şəxslərin həmin cinayətdəki rolu ilə bağlı video çəkilişlər əldə edib lazımı orqanlara və eləcə də bütün güc strukturlarına göndərmişəm. Fakt və sübutlar ortada olsa da onları həbs etmirlər. Onların valideynləri müəyyən vasitələrlə hüquq-mühafizə oranlarına yol tapıb uşaqlarını azadlıqda saxlayır. Anlaya bilmirik, qızı zorakılığa məçbur edən və qapını bağlayıb onu gülə-gülə videoya çəkib internetə qoyan niyə qanundan kənarda qalıb? Rasimlə Murad hadisənin əsas iştirakçıları olub. Biri qızı zorlayır, biri isə onu videoya çəkib. Onların heç birinin ayağı polis şöbəsinə dəyməyib”.

Asif Quliyevin dediyinə görə , Tural Kərimli məktəbli qızı sevib: “Amma qızın onlarla münasibətini görüb ondan ayrılıb. Tələblərimiz bu iki şəxsin cinayət məsuliyyətinə cəlb olunmasıdır. Güc strukturlarına müraciət etmişəm. Onlar cinayətkarların azyaşlı olduğunu əsas gətirir. Bu boyda haqsızlıq olar? Əvvəlki müstəntiq Turalla Kamili aldadıb. Deyib ki, “sizin heç bir günahınız yoxdur. Valideynləriniz gəlib, bura qol çəkib çıxın”. Bunlar da imza atıb. Həmin anda qollarına qandal vurub aparıblar. Əlimizdə onların bu cinayətdə iştirakını sübuta yetirən video var”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı. Hadisədə adı hallanan 5 nəfərdən ikisi həbs olunub, üç nəfər-Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib hələ də azadlıqdadır.