"Bir ailənin nəqliyyat xərci azı 12 manat artdı..."

"Bir ailənin nəqliyyat xərci azı 12 manat artdı..." – İqtisadçı

"Hökumət yanvar ayından etibarən minimum əmək haqqını 45 manat artırıb. Dünən isə Tarif Şurasının qərarı ilə nəqliyyatda gediş qiyməti 33,33% artırılıb.

Yəni fevral ayından başlayaraq ailədə 1 nəfərin nəqliyyat xərci ən azı 6 manat (0,4 AZN/gediş x 30 gün x 2 gediş) artacaq. Orta statistik ailənin 4 nəfərdən ibarət olduğunu və ən azı 2 nəfərin gündəlik nəqliyyatdan istifadə etdiyini nəzərə alsaq, bu halda ailənin nəqliyyat xərcinin ən azı 12 manat artdığını görmək olar".

"AzPolitika.info" xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib. 

"Yəni hökumət sizə 45 manat verib əvəzində 12 manatını (26,7%-ni) geri alır. Gündə 4 nəqliyyatdan istifadə edən ailələrdə, o cümlədən Xırdalan və Sumqayıt əhalisində isə bu xərc 2 dəfə artacaq”, - o əlavə edib. 

İqtisadçının sözlərinə görə, fərdi sahibkarlar onsuz da minimum əmək haqqının artımında zərbə almışdılar: "Onların vergisi, sosial ödənişləri və tibbi sığorta haqları artmışdı.İndi onların nəqliyyat xərcləri də artdı".

Qeyd edək ki,elə ailə var onun dörd üzvünün hamısı ictimai nəqliyyatdan istifadə edir,bu halda belə ailələr ictimai nəqliyyata 24-30 manat aralığında əlavə vəsait xərcləməlidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi