Bir çox ərazilərdə səki zəbt edilib- Xətai rayonunda isə obyekt səkini zəbt edib

Bir çox ərazilərdə səki zəbt edilib- Xətai rayonunda isə obyekt səkini zəbt edib - VİDEO

Paytaxtın Xətai rayonu ərazisində səkinin ensiz olması səbəbindən piyadaların hərəkətində maneələr yaranır. Ensiz səkidən keçmək olmur.

 Piyadalar avtomobil toluna çıxaraq hərəkət edirlər

 Səki olmadığından yolun həmin hissəsindən piyadalar az istifadə edirlər. Bu, sürücülər üçün də qəza şəraiti yaradır.

 Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, səkinin ensiz olmasına səbəb oradakı obyektin həmin səkini zəbt etməsidir.

 O da qeyd edildi ki, İcra hakimiyyəti tərəfindən yenidən araşdırma aparılacaq və tədbir görüləcək.

Qeyd: Faktinfo.az xəbər verir ki,Bakı şəhərinin müxtəlif ərazilərində səkinin zəbt edilməsinə,piyadaların təhlükə ilə üz-üzə qalmasına tez-tez rast gəlinir.Belə xoş təsir bağışlamayan vəziyyət təkcə Xətai rayonu ilə məhdudlaşmır.

Ümumiyyətlə,Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu istiqamətdə nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə işçi qrupu yaradılarsa,Bakı şəhəri və onun rayonlarında yüzlərlə ərazidə səkilərin zəbt edildiyini və ya ensiz şəkilə salındığını müəyyənləşdirmək olar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi