Bir zamanlar sakinlərin sevə-sevə üz tutduqları "Bakı" kinoteatrı,BU GÜN

Bir zamanlar sakinlərin sevə-sevə üz tutduqları "Bakı" kinoteatrı,BU GÜN - FOTOLAR

Paytaxt Bakıda yerləşən kinoteatrların zamanla fəaliyyət göstərməsi yaşlı və orta nəslin yaxşı yadındadır.Bakı sakinləri kinoteatrlarda tərbiyəvi əhəmiyyət kəsb edən,islah olunmağa səsləyən film və tamaşalara baxardılar.


Uzun-uzadı növbəyə dayanan tamaşaçılar, hətta bəzən bilet tapmağa çətinlik çəkər,ertəsi gün oraya yenidən təşrif buyurardılar.Bu mədəniyyət ocaqlarında hər gün 3-4 seansdan ibarət maraqlı filmlər göstərilərdi ki, hər dəfə də əməlli-başlı anşlaq müşahidə olunardı.Belə kinoteatrlardan biri də  "Bakı"kinoteatrı idi.Bir zamanlar sakinlərin sevə-sevə üz tutduqları “Bakı”kinoteatrına indi paytaxt sakinləri alış-veriş üçün tələsir.Və orada,insanların tapmayacağı heç nə yoxdur.

26 ildən çox nazir işləmiş Əbülfəs Qarayev bu mədəniyyət ocağının özəlləşdirilməsinə razılıq verənlərdən oldu. Özəlləşdirmə proqramında "təyinatı üzrə" fikirləri təsbit olunan "Bakı" kinoteatrı da vardı.İndi bu mədəniyyət ocağı necə fəaliyyət göstərir, aşağıdakı foto qalareyadan müəyyənləşdirin.

Faktinfo.az


Bir zamanlar sakinlərin sevə-sevə üz tutduqları "Bakı" kinoteatrı,BU GÜNBir zamanlar sakinlərin sevə-sevə üz tutduqları "Bakı" kinoteatrı,BU GÜNBir zamanlar sakinlərin sevə-sevə üz tutduqları "Bakı" kinoteatrı,BU GÜN
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi