
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşları Göyçayda olub - FOTO
"Artıq sentyabr ayıdır, meyvə bağlarında, üzüm plantasiyalarında və digər bir sıra əkinlərdə məhsul toplanışı ya davam edir, ya da buna hazırlıq işləri aparılır."
Faktinfo.az xəbər verir ki,bunu mətbuata açıqlamasında Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov deyib. O, əlavə edib ki, bu nöqteyi nəzərdən son zamanlar tez- tez müxtəlif rayonlarda yerləşən fermer təsərrüfatlarında olurlar,fitosanitar vəziyyəti təhlil edirlər,ciddi zərərverən orqanizmlər barədə materiallar toplayırlar. Həmçinin,gələn il üçün qısamüddətli proqnozlar tərtib edilir, bir sözlə yüksək məhsul almaq üçün tədbirlər kompleksi nəzərdən keçirilir, yerli mütəxəssislərlə fikir mübadiləsi aparılır, biliklərimiz onlara ötürülür.
Bu dəfəfəki səfərimiz isə Göyçay rayonuna oldu.
"Göyçay DAİM və bitki mühafizəsi və fumiqasiya idarəsinin rəhbərliklərinə, əməkdaşlarına, o cümlədən mənimlə bərabər Göyçayda keçirilən monitorinqlərdə iştirak edən Samirə, Simuzər, Tünzalə kimi həmkarlarıma təşəkkürlərimi bildirirəm. Məqsəd Azərbaycan kəndində orqanik, gübrə və pestididlərdən qismən azad kənd təsərrüfatı məhsulları yetişdirməkdir. Sağlam qida, sağlam vətəndaş!"- İbrahim Cəfərov qeyd edib.
Faktinfo.az







Bu xəbər üçün şərh yazın