“Biz S-400-ləri alıb anbara qoymayacağıq” –Ərdoğandan ABŞ-a mesaj

“Biz S-400-ləri alıb anbara qoymayacağıq” –Ərdoğandan ABŞ-a mesaj 

“Türkiyə zərurət yaranacağı təqdirdə, Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini tətbiq etmək niyyətindədir”.

 “Hürriyet” qəzetinin yazdığına görə, bunu çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Biz S-400-ləri alıb anbara qoymayacağıq. Zərurət yaranacağı təqdirdə, onlardan istifadə edəcəyik. Bunlar müdafiə sistemləridir, onlarsız nə edəcəyik? Yenidən ABŞ-a ümid olacağıq?”, – deyə Türkiyə lideri İstanbulda bir sıra yerli kütləvi informasiya vasitələrinə müsahibəsi zamanı bildirib.

O həmçinin xatırladıb ki, Ankara bir neçə il buna bənzər sistemləri Vaşinqtondan istəyib, lakin cavabında ABŞ Konqresi tərəfindən buna qadağa qoyulub.

“Bu vəziyyət bizi yordu. Rusiya bizim sorğumuza kifayət qədər cəlbedici təkliflə cavab verdi. Onlar dedilər ki, bunu hətta birgə istehsal da edə bilərlər, həmçinin bizə yaxşı kredit şərtləri təklif olundu”, – deyə Ərdoğan əlavə edib.Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi