Bizi torpağı qaytarmağa Rusiya qoymadı

Bizi torpağı qaytarmağa Rusiya qoymadı - Melkonyan

Düşünmürəm ki, Azərbaycan xalqı sadəcə olaraq müharibə arzusundadır. Son sorğulara görə, azərbaycanlıların 78 faizi müharibənin əleyhinədir.

Bunu “Nyus.am”a müsahibəsində Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Qagik Melkonyan deyib.

O bildirib ki, iki ölkə arasında sülhün əldə olunamamasının günahkarı Rusiyadır:

“Onlar sülh istəyir, biz də istəyirik. Ancaq burada başqa bir sual var. 1994-cü ildə qalib gəldik və sülhə getmək imkanımız oldu, amma bunu etmədik. Biz buna razı olmadıq, çünki Rusiya sülh istəmirdi. Bunun ardınca üç həmsədrin görüşləri keçirildi, onlar ildə 15-20 dəfə Bakıya, İrəvana, Xandəndiyə gəlirdilər. 1997-1998-ci illərdə sülhün bağlanması üçün mərhələli və paket variantları təklif olunanda biz dərhal “bir qarış torpaq da olmaz” ideyasının tərəfdarı olduq. Bizi bir qarış torpağı da verməməyə təhrik edən kimdir? Təbii ki, Rusiya. O, bu məsələnin sülh yolu ilə həll olunmasını istəmirdi. Və ondan sonra təkliflər oldu ki, biz onları əsasən qəbul etmədik. Biz 2010-cu ilə qədər bu məsələnin həllini istəmirdik. Bundan sonra Rusiya Azərbaycanı silahlandırmağa başladı və 5 milyard dollarlıq silah satdı. Bakı silahları Pakistandan, İsraildən aldı və getdikcə güclənməyə başladı”, - Melkonyan bildirib.

Onun sözlərinə görə, bundan sonra sülhün imzalanması və 7 rayonun qaytarılması haqqında danışmaq gec idi və Azərbaycan bu təkliflə razılaşmadı:

“Kazandakı görüşdə Azərbaycan sülhə getmək istəmədi, çünki hərbi balans pozuldu. Rusiya bütün bunlara görə məsuliyyət daşıyır, o, bu regionda sülh istəmirdi. O, iki tərəfin mübarizəsindən razı qaldı, ondan ancaq qazandı”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi