BMT Qüdsü İsrailin paytaxtı kimi tanımadı –128 dövlət lehinə, 9 ölkə əleyhinə çıxdı

BMT Qüdsü İsrailin paytaxtı kimi tanımadı –128 dövlət lehinə, 9 ölkə əleyhinə çıxdı 

BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb.

Bu barədə RİA "Novosti" məlumat yayıb.

Xəbərdə bildirilir ki, Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi BMT-nin Qüdsün İsrailin paytaxtı kimi tanımaması qətnaməsini dəstəkləyən ölkələrə malliyyə yardımını dayandıracaq

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi