“Bordo bereli”lərin daha bir uğuru : Hədəflər darmadağın edildi

“Bordo bereli”lərin daha bir uğuru : Hədəflər darmadağın edildi 

Türkiyənin xüsusi təyinatlı dəstələri – “Bordo bereli”lər Afrində Cinderes və Racodan çıxan PKK-nın Qəndil qrupunun mövqe tutduğu Meydankiyə gizli əməliyyat təşkil edib.

Cinderes və Racoda nəzarətin böyük hissəsini ələ keçirən türk ordusu Afrin mərkəzindən əvvəl ən çətin döyüş olacağı bildirilən Meydankiyə kəşfiyyat dəstələri göndərib.

ABŞ ordusunun terrorçulara rabitə və təchizat dəstəyi göstərdiyi iddia edilən bölgədə kəşfiyyat aparan “Bordo bereli”lər daha sonra koordinatları ordu komandanlığına ötürüb. Əldə edilmiş dəqiq koordinatlar əsasında təşkil edilən artilleriya və hava hücumu ilə terrorçu mövqelərinə ağır zərbə vurulub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və ASO-nun tezliklə Meydanki istiqamətində hücuma keçəcəyi gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi