"Broyler toyuqların çox böyük ziyanları var"

"Broyler toyuqların çox böyük ziyanları var" 

"Broyler toyuqlarını şişirtmək üçün onlara mineralokortikoidlər, xüsusən qlikokortikoidlər, kortizon, hidrokortizon, prednizolon, deksametazon və bu kimi maddələri vururlar, toyuğun hüceyrələri şişir.

Hətta bu hormonlardan 16 milliqram insana versək, insanın yeməyi çoxalar, kökəlməyə başlayar. Yəni broyler toyuqlara hormonal sistem vururlar, buna görə də kökəlir. Bu hormonlar uşaqların, böyüklərin bədəninə keçdikdə onların  hormonal sistemini tamamilə pozur. Çünki bu hormonları bədən özü yaratmalıdır, xaricdən gəlməməlidir. Ona görə də broyler toyuqların çox böyük ziyanları var".

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq tibb üzrə fəlsəfə doktoru, professor Rəşid Mahmudov deyib.

O bildirib ki, broyler toyuqlar uşaqları, böyükləri şişirir, kökəldir, normal vəziyyətindən çıxarır: “Broyler toyuqlarına hormon iynəsini vurmaq lazım deyil. Hormon vurulmasa, normal kənd toyuğu kimi olacaq. Kənd toyuğu ot yeyir, buna görə də yumurtası çox sarı olur. Kənd toyuğunun yumurtasının sarısında əsasən xolesterin, ağında isə yalnız zülallar olur. 20 amin turşu qalır – leysin, izoleysin, triptofan və s. Bunlar hamısı hüceyrəyə lazım olan şeylərdir. İnsan bədəndə normal miqdarda hormon var. Xaricdən əlavə hormon daxil olduqda isə hormon çoxluğu yaranır və nəticədə insana böyük ziyan verir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər