BRÜSSELDƏ İZDİHAMLI XOÇALI MİTİNQİ KEÇİRİLİB

BRÜSSELDƏ İZDİHAMLI XOÇALI MİTİNQİ KEÇİRİLİB 

Dünən Belçika krallığının paytaxtı Brüssel şəhərində (Lüksemburq meydanı) dünyanın müxtəlif ölkələrindən yüzlərlə soydaşımızın iştirakı ilə Ümumavropa Qarabağ mitinqi və ermənilərin törətdiyi Xocalı soyqırımının 27-ci ili münasibəti ilə anım nümayişi keçirilib.

 Mitinq dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında keçirilib.

Mitinq yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 17:00) başlayıb və öz izdihamlılığı ilə seçilib. Lüksemburq meydanını dolduran azərbaycanlılar  “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq”, “Biz Qarabağa qayıtmaq istəyirik” tələbləri ilə Lüksemburq meydanına gəlib.

Mitinqdə Avropada yaşayan azərbaycanlılar, türkiyəlilər, Azərbaycanı özünə dost bilənlər və Bakıdan gedən rəsmi nümayəndə heyəti iştirak edib.

BRÜSSELDƏ İZDİHAMLI XOÇALI MİTİNQİ KEÇİRİLİB
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi