Bu dairələrdən şikayətlər var - Məzahir Pənahov açıqladı
86 saylı Ağcabədi və 97 saylı Tərtər-Ağdam-Goranboy seçki dairələrində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
8 saylı Binəqədi birinci, 42 saylı Sumqayıt birinci, 33 saylı Xətai birinci, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələrində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar da Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.
O qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək: “Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın