Bu gün Rusiya qarışa bilər –200-dək şəhərdə etiraz aksiyası keçiriləcək; hökumətlə toqquşma gözlənilir...

Bu gün Rusiya qarışa bilər –200-dək şəhərdə etiraz aksiyası keçiriləcək; hökumətlə toqquşma gözlənilir... 

Rusiyanın müxalifət lideri Aleksey Navalnı iyunun 12-nə təyin edilmiş antikorrupsiya etiraz mitinqinin yerini dəyişdiyini elan edib.

AzadlıqRadiosu xəbər verir ki, Aleksey Navalnı mitinqin hökumətin icazə verdiyi yerdə yox, Moskvanın mərkəzindəki Tverskaya küçəsində keçiriləcəyini bəyan edib. 

Bu isə Navalnı və tərəfdarları ilə hakimiyyət arasında qarşıdurma yarada bilər. 

Navalnı bu qərarını iyunun 11-də aksiyaya 24 saatdan da az qalanda bəyan edib.

İyunun 12-də bütün Rusiya boyunca antikorrupsiya mitinqlərinin keçirilməsi planlaşdırılıb.

Müxalifət lideri qərarını onunla izah edib ki, hakimiyyət etirazçılara mitinq avadanlığı, səhnə və səsucaldanlar verməkdən imtina edib.

AzadlıqRadiosu bildirir ki, mitinq yerinin dəyişdirilməsi etirazçılar və Moskva polisi arasında zorakı toqquşmaya səbəb ola bilər. Moskva polisi artıq mümkün “təxribatlar” barədə xəbərdarlıq edib.

Moskva polisinin sözçüsü "İnterfax" agentliyinıə deyib ki, “hüquq-mühafizə orqanları etirazçılar tərəfindən bütün qanun pozuntularına qarşı sərt tədbir görəcək”.

Navalnının martın 26-da keçirdiyi etiraz aksiyaları əsnasında minədək müxalifət tərəfdarı saxlanmışdı. Həmin etiraz aksiyaları onlarda çox sayda gənc və yeniyetnin iştirakı ilə yadda qalıb.

Navalnının özü həmin aksiyadan sonra inzibati qaydada 15 günlüyünə həbs olunmuşdu.

Müxalifət lideri bildirib ki, iyunun 12-dəki aksiya Rusiyanın 200-dək şəhərində keçirləcək. 

Navalnı deyib ki, “18 ildir hakimiyyət taxt-tacında oturanlar heç nəyi dəyişməyi planlaşdırmırlar”.

Moskva hakimiyyət orqanları Navalnı və tərəfdarlarına aksiyanın keçirilməsi üçün Moskvanın mərkəzindən kənarda yerləşən Saxarov prospektini vermişdilər. Müxalifət isə aksiya üçün Moskvanın mərkəzində, Kremlin yaxınlığında yer üçün müraciət etmişdi.

Lakin paytaxt hökuməti bildirmişdi ki, 12 iyun Rusiya günüdür və mitinq əvvəlcədən planlaşdırılmış rəsmi tədbirləri poza bilər.

Navalnı 2018-ci il prezident seçkisində namizəd olmaq niyyətini bildirib. Lakin belə görünür, ona bunu etmək icazəsi verilməyəck, çünki Navalnının üstündə üç kriminal məhklumluq var.

İyunun 12-də keçirləcək mitinqin ərəfəsində Navalnının Rusiyanın baş naziri Dmitri Medvedevi korrupsiyada ittiham edən videosu bəzi hakimiyyət saytlarında görünüb. Prokurorluq bildirib ki, sözü gedən internet saytlarına haker hücumu olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər