"Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır?"

"Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır?" – Sabir Rüstəmxanlı

“Məncə, Azərbaycanın milli futbol komandası heç bir uluslararası yarışa buraxılmamalıdır”.

Bunu VHP sədri, keçmiş deputat Sabir Rüstəmxanlı dünən Azərbaycan milli futbol komandasının İsveç yığmasına böyük hesabla maəğlub olmasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, Azərbaycan komandası rəqib meydanında 6-0 hesabı ilə məğlub olub.

“Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır?”, - eks-deputat sual edir.

“Qoy iki-üç il ölkə daxilində, məsələn, Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar”, - Sabir Rüstəmxanlı təklif verməyi də unutmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi