Bu ölkədə 39 rəqəmi "əxlaqsız" mənasına görə QADAĞAN EDİLDİ - FOTO

Bu ölkədə 39 rəqəmi "əxlaqsız" mənasına görə QADAĞAN EDİLDİ - FOTO 

Əfqanıstanda üzərində 39 rəqəmi olan avtomobil nömrələrinin satışı və qeydiyyatı rəsmi olaraq qadağan edilib.

BiG.AZ xəbər verir ki, bu barədə "Khaama Press" yazır.

Müvafiq qərarı ölkənin birinci vitse-prezidenti Əmrullah Saleh açıqlayıb.

39 rəqəmi Əfqanıstanda "sutenyor" mənasını verdiyinə görə, bir çoxları üzərində belə rəqəm olan nömrələri qeydiyyatdan keçirməkdən imtina edirlər və fərqli nömrələr almaq üçün böyük rüşvətlər təklif edirlər.

Salehin sözlərinə görə, görə rüşvət miqdarı bəzən 300 dollara çatır.

Bildirilir ki, təkcə ötən il məmurlara və polislərə ümumilikdə buna görə təxminən bir milyard dollar rüşvət verilib.

Məsələ burasındadır ki, Əfqanıstanda 39 rəqəmi fahişəliklə assosiasiya olunur. Əfsanəyə görə, Herat şəhərində, 39 nömrəli mənzildə sutenyor yaşayıb, onun avtomobilinin nömrəsində də 39 rəqəmi olub. Bu hadisə ilə bağlı əfsanə bütün ölkə boyu yayılandan insanlarda 39 rəqəminə qarşı nifrət yaranıb.

Bu ölkədə 39 rəqəmi "əxlaqsız" mənasına görə QADAĞAN EDİLDİ
Bu ölkədə 39 rəqəmi "əxlaqsız" mənasına görə QADAĞAN EDİLDİ
Bu ölkədə 39 rəqəmi "əxlaqsız" mənasına görə QADAĞAN EDİLDİ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi